Bayraq Buta

Məhsul Kodu
BQB-5028
Kateqoriya
Qol Düymələri
Çəki
~ 11,03 g
260

Metal - - Gümüş

Buta Kolleksiyası

Uzaq keçmişdən qədim dinlərin mahiyyətinin ifadəsi kimi gələn bu ornament, sonradan müxtəlif formalarda və şəkillərdə Şərq dekorunun elementi olmuşdur.

Bu model qədimi motiv butadan və Azərbaycan Respublikasının 1918-ci ildə təsdiq edilmiş rəsmi dövlət bayrağından ilhamlanmışdır.

Buta ən çox bəyənilən Şərq naxışıdır. O, öz adını qanqala bənzədiyi üçün Fars dilində kol mənasını daşıyan “boteh” sözündən götürür. Xüsusi ədəbiyyatda buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət, alov. Bəzi inanclara görə buta bir simvol kimi alov, əbədilik, əbədi həyat mənasını daşıyır. Deməli, buta təsvirini həm də uzun ömür və əbədi xatirə arzusu kimi başa düşmək olar.