İslimi Buta

Məhsul Kodu
BTL-1011
Kateqoriya
Sırğalar
Daş
3047

Metal - 14 K Qızıl

Buta Kolleksiyası

Uzaq keçmişdən qədim dinlərin mahiyyətinin ifadəsi kimi gələn bu ornament, sonradan müxtəlif formalarda və şəkillərdə Şərq dekorunun elementi olmuşdur.

Bu əşyada iki ornamentin kombinasiyası istifadə olunub – buta və islimi.

Buta ən çox bəyənilən qədim Şərq naxış növüdür. Buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət, alov əbədilik, əbədi həyat rəmzi kimi dini əhəmiyyət daşıyır.

“Arabeska” və ya “bığcıq” kimi tanınan islimi naxışı İslam dekorativ mədəniyyətində çox məşhurdur – məhz buna görə bəzi sənətşünaslar islimi sözünü İslam dininin adı ilə bağlayırlar. İslimi Azərbaycan dekorativ sənətinin məşhur ornamentlərindən biridir.