Mərəzəli

Məhsul Kodu
HSB-5029
Kateqoriya
Qol Düymələri
Çəki
~ 11,50 g
260

Metal - 925 Gümüş

Buta Kolleksiyası

Uzaq keçmişdən qədim dinlərin mahiyyətinin ifadəsi kimi gələn bu ornament, sonradan müxtəlif formalarda və şəkillərdə Şərq dekorunun elementi olmuşdur.

Qol düymələri Mərəzəli xalçasından ilhamlanmışdır. Bu xalça Şirvanın ən qədim xalçalarından biridir və butanın spesifik forması ilə bəzədilib.

Bəzi rəylərə görə Mərəzə xalçalarındakı butalar Qafqaz xalçalarında olan butaların ən qədim forması hesab olunur. “Boteh” Fars dilində “yarpaqlar dəsti” (bəzi mənbələrdə isə “güllər dəsti” kimi tərcümə olunur) mənasını verir və bu naxışın yaranmasının geniş sayda fərqli nəzəriyyələri mövcuddur. Əminliklə demək olar ki, o, XVII-XVIII əsrlərin Kaşmir və daha sonrakı dövrlərdə isə Kerman şallarının əsasında yaradılıb. Bəzi buta (əlaxsus Mərəzəli) nümunələrinin şəfəqi dini ənənənin rəmzi olduğu güman edilir. XIX əsrdə bu naxış İranda, Qafqazda, Bəluc xalçalarında və Mərkəzi Asiyada, xüsusilə Ersari xalçalarında öz əksini tapmışdır. Əşya Mərəzəli xalçalarındakı quş təsvirləri ilə də bəzədilib