Mir-A-Buteh

Məhsul Kodu
MAB-1008
Kateqoriya
Sırğalar
588

Metal - 14 K Qızıl

Buta Kolleksiyası

Uzaq keçmişdən qədim dinlərin mahiyyətinin ifadəsi kimi gələn bu ornament, sonradan müxtəlif formalarda və şəkillərdə Şərq dekorunun elementi olmuşdur.

Bu model Təbriz xalça məktəbinə aid olan Mir xalçalarından ilham alır. Bu xalçalar Şərqdə ta qədimdən geniş yayılmış buta təsvirləri ilə bəzədilir.

Buta ornamentləri Hindistanı zəbt etmiş Britaniyalıları o qədər heyran etmişdi ki, onlar bu ornamentləri özününkiləşdirib parçaların istehsalında istifadə etmişlər. Qərbdə butanı bu naxış ilə ad çıxarmış Şotlandiyanın Peysli şəhərinin adı ilə tanıyırlar. Mir xalçalarının adı Şərqdə butaya tez-tez verilən şərəfli addan irəli gəlir. Bu kəlimə mir- a-buteh (“alicənab bitki”) kimi səslənir.

Xüsusi ədəbiyyatda buta ornamentini müxtəlif oxşatmaları verilir: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və, nəhayət, alov. Dini simvol kimi, alov əbədilik, əbədi həyat mənasını daşıyır. Deməli, buta təsviri uzun ömür və əbədi xatirə arzusu kimi başa düşülməlidir.