Qovuşmuş Buta

Məhsul Kodu
QVB-5017
Kateqoriya
Qol Düymələri
Çəki
~ 10,40 g
0
0
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Buta Kolleksiyası

Uzaq keçmişdən qədim dinlərin mahiyyətinin ifadəsi kimi gələn bu ornament, sonradan müxtəlif formalarda və şəkillərdə Şərq dekorunun elementi olmuşdur.

Bu zinət əşyası məhşur Buta motivinin variasiyalarının birindən - Qovuşmuş Butadan ilham almışdır.

Buta ən çox bəyənilən qədim Şərq naxış növüdü. O, öz adını qanqala bənzədiyi üçün Fars dilində kol mənasını daşıyan “boteh” sözündən götürür. Buta hər hansı bir ideyanın müxtəlif mədəniyyətlər tərəfindən müxtəlif formada şərh edilə biləcəyinin bariz nümunəsidir.

Xüsusi ədəbiyyatda buta ornamentinin müxtəlif oxşatmalarına rast gəlmək olar: şam ağacının qozası, ərəb xurması ağacının çətiri və nəhayət, alov. Bəzi inanclara görə buta bir simvol kimi alov, əbədilik, əbədi həyat mənasını daşıyır. Deməli, buta təsvirini həmdə uzun ömür və əbədi xatirə arzusu kimi də başa düşmək olar.