Əfşan

Məhsul Kodu
AFS-1001
Kateqoriya
Sırğalar
Çəki
~ 23,56 g
3800
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan «Resm Jewelry» təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu sırğalar Əfşan xalçalarına xas olan elementlər ilə bəzədilib. Memarlıqda, kitab tərtibatında, tikmə və dekorativ sənətin digər sahələrində geniş istifadə olunması ilə yanaşı, Əfşan kompozisiyaları məhz xalçaçılıqda ən parlaq tərənnümünü tapmışlar.

Əfşan kompozisiyalarının əsasında yaradılmış xalça növləri sırasında Xilə-Əfşan (Bakı), Bicar (Gürcüstan) və Herat (Əfqanıstan) kimi xalça növlərini göstərmək olar. Əfşanlar xalçaçılığın ən mürəkkəb və möhtəşəm kompozisiyaları sırasında yer alır.

Bu modeldəki ornamental elementlər Əfşan xalçalarının ara sahəsini bəzəyən, biçək adı ilə tanınan spiralvari ağac budaqlarından əmələ gəlir. Spirallar Əfşanlara xas olan kiçik və orta-ölçülü elementlər ilə bəzədilir. Sadə və mürəkkəb quruluşlu spirallar sonluq adlanan elementlər ilə bitir. Bu elementlər qismən balıq təsvirinə bənzədiyindən Azərbaycan və İran xalçaçıları bunlara balıq və ya mahi (farsca “balıq”) adı vermişlər.