Çələbi

Məhsul Kodu
CHL-5034
Kateqoriya
Qol Düymələri
1240
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu əşyanın naxışları Qarabağ xalçaçılıq məktəbinə aid olan Çələbi xalçalarının mərkəzi medalyonundan ilham alıb.

Çələbi xalçaları özünəməxsus tərtibatı ilə seçilir, onların ortasında yer alan məftunedici, əsrarəngiz medalyon isə xüsusi diqqət çəkir. Şərq dünyasında Çələbilərdən savayı bu tərtibata yalnız Cənubi Azərbaycanın Bərcid xalılarında rast gəlmək olar. Medalyonun şərq mifologiyasında cənnəti qoruyan ikibaşlı quşu təmsil etdiyi düşünülür, mərkəzində yer alan çarpaz xətlərdə rəmzi olaraq dörd təməl ünsür (yer, su, yel, od) göstərilib.