Çanta

Məhsul Kodu
CNT-1005
Kateqoriya
Sırğalar
Çəki
~ 16,42 g
1590

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Çanta adlanan kiçik ölçülü (bir tərəfi 30-40 sm olan) xovlu və ya xovsuz kvadrat xalça torbaları ənənəvi olaraq Azərbaycanda toxunur.

Bu model xalça çantalardan ilham alaraq kətəbə naxışı ilə bəzədilib. Kətəbə silindr və ya digər uzunsov formalı medalyona deyilir. Üzəri kətəbələrlə bəzədilmiş əl işləri kətəbəli adlanır. Bağlayıcı hissənin bəzəyi xalçaların haşiyə zolaqlarında görünən “S” formalı elementdən gəlir. Bunlar suyun qıf içində axımını xatırladır və beləliklə, oturuşmuş, abad həyat tərzini ifadə edir. Digər yozmalara görə isə bu element məhsuldarlıq və əbədilik simvoludur.