Ərciman

Məhsul Kodu
ECM-2003
Kateqoriya
Üzüklər
Çəki
~ 7,22 g
1400

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu üzük Ərciman xalçasından ilham alır. Xalçanın mərkəz naxışı dördbuynuzu naxışının üzərində qurulub.

Qoç və qoyun Avrasiya köçəri xalqlarının həyatında olduqca önəmli rol oynayır və onların xalçalarda yer alması var-dövlət və bolluq rəmzidir. Üzük həm də eyni xalçada aşkar olunan xülyavi quşlar, lalə və S-element naxışları ilə bəzədilib.

Bəzi tədqiqatçılar S elementinin ilan və ya əjdaha rəmzi olduğunu və Çindən gəldiyini təxmin edirlər. Digərləri isə S-formalı naxışın suyun qıf içində axımını xatırlatdığını və beləliklə, abad həyat tərzini ifadə etdiyini iddia edirlər.

Digər mənbələr isə məhsuldarlıq və əbədilik simvolu olduğunu bildirir. Xülyavi quşlar motivi isə səma mənasını ifadə edir.