İslimi

Məhsul Kodu
ISL-2096
Kateqoriya
Üzüklər
Daş
1035

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu nişan üzükdə istifadə olunan motiv İslimi haşiyə zolağının bir növüdür. Bu naxış xalçalarda, abidələrdə və digər sahələrdə, xüsusi ilə İslam dekorativ sənətinə aid olan əsərlərdə istifadə olunur.

“Arabeska” və ya “bığcıq” kimi tanınan islimi naxışı incəsənət ənənəsi olaraq Sasanilər dövründəki naxışdan yaranıb, Abbasilər dövründə (IX-X əsr) inkişaf edib daha sonra Səlcuqlar dövründə (XII-XIII əsr) çiçəklənərək uzun inkişaf yolunu keçmişdir. Belə güman edilir ki, islimi naxışı o zamanlar müqəddəs hesab olunan bükülmüş yarpağı təsvir edir. İslimi naxışı İslam dekorativ mədəniyyətində çox məşhurdur – məhz buna görə də bəzi sənətşünaslar islimi sözünü İslam dininin adı ilə bağlayırlar.