İslimi

Məhsul Kodu
ISU-1116
Kateqoriya
Sırğalar
Daş
906

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

İslimi naxışı Azərbaycan dekorativ sənətinin əsas elementlərindən biridir.

“Arabeska” və ya “bığcıq” kimi tanınan islimi incəsənət ənənəsi olaraq Sasanilər dövründəki naxışdan yaranıb, Abbasilər dövründə (IX-X əsr) inkişaf edib daha sonra Səlcuqlar dövründə (XII-XIII əsr) çiçəklənərək uzun inkişaf yolunu keçmişdir. Belə güman edilir ki, islimi naxışı o zamanlar müqəddəs hesab olunan bükülmüş yarpağı təsvir edir. Xalçalarda bu naxış XV əsrdən sonra məşhurlaşmışdır.

Modeldə, həmçinin qədim şərq naxışı – buta da təsvir edilmişdir.

Təklif olunan məhsullar