İslimi

Məhsul Kodu
SLM-2105
Kateqoriya
Üzüklər
Rəng
382
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl


    Notice: Undefined index: all_colors in /home/resmcom/public_html/site/assets/cache/FileCompiler/site/templates/product.php on line 777
Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Üzükdə istifadə olunan motiv İslimi haşiyə zolağının bir növüdür. Bu naxış xalçalarda, abidələrdə və digər sahələrdə, xüsusi ilə İslam dekorativ sənətinə aid olan əsərlərdə istifadə olunur.

“Arabeska” və ya “bığcıq” kimi tanınan islimi naxışı incəsənət ənənəsi olaraq Sasanilər dövründəki naxışdan yaranıb, Abbasilər dövründə (IX-X əsr) inkişaf edib daha sonra Səlcuqlar dövründə (XII-XIII əsr) çiçəklənərək uzun inkişaf yolunu keçmişdir. Belə güman edilir ki, islimi naxışı o zamanlar müqəddəs hesab olunan bükülmüş yarpağı təsvir edir. İslimi naxışı İslam dekorativ mədəniyyətində çox məşhurdur – məhz buna görə də bəzi sənətşünaslar islimi sözünü İslam dininin adı ilə bağlayırlar.