Kaşı

Məhsul Kodu
KSI-5007
Kateqoriya
Qol Düymələri
Çəki
~ 9,01 g
880
260
60
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Gəncə və Qarabağ xalçalarında geniş yayılmış kaşı naxışı əsasında yaradılıb. Bu elementin niyə belə adlanması tam aydın deyil.

Çox güman ki, onun forması və bəzəyi müsəlman dünyasında məscid, saray və digər əzəmətli binaların xaricini və daxilini bəzəyən mina çəkilmiş kaşıları xatırladır. Beləliklə, kaşı naxışı xalçaçılıq və memarlıq arasında daha bir əlaqəni yaradır, müxtəlif sənət formalarının qarşılıqlı təsirindən və qovuşmasından xəbər verir.