Kaşı

Məhsul Kodu
KSH-1069
Kateqoriya
Sırğalar
1059

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Gəncə və Qarabağ xalçalarında geniş yayılmış kaşı naxışı əsasında yaradılıb.

Bu elementin niyə belə adlanması tam aydın deyil. Çox güman ki, onun forması və bəzəyi müsəlman dünyasında məscid, saray və digər əzəmətli binaların xaricini və daxilini bəzəyən mina çəkilmiş kaşıları xatırladır. Beləliklə, kaşı naxışı xalçaçılıq və memarlıq arasında daha bir əlaqəni yaradır, müxtəlif sənət formalarının qarşılıqlı təsirindən və qovuşmasından xəbər verir.