Kilim

Məhsul Kodu
KLM-4003
Kateqoriya
Bilərziklər
4235

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu modelin əsasında geniş yayılmış xovsuz kilimlər durur.

Şirvan kilimləri "Qıvrım" və "Kilim gülü" kimi klassik naxışlar ilə bəzədilir. Onların qarmaqlı-buruqlu formaları çox ekspressivdir və qədimə gedən güclü, yatırıla bilməyən ehtirasdan xəbər verirlər. Cəvahiratın da ehtirasla sıx bağlı olduğunu nəzərə alsaq, bu naxışların zərgər üçün cəlbedici olması təəccüb doğurmaz.