Kilim Gülü

Məhsul Kodu
KLMG-1024
Kateqoriya
Sırğalar
Çəki
~ 11,02 g
1030

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu modelin əsasında geniş yayılmış xovsuz kilimlər durur.

Şirvan kilimləri qıvrım və kilim gülü kimi klassik naxışlar ilə bəzədilir. Onların qarmaqlı-buruqlu formaları çox ekspressivdir və qədimə gedən güclü, yatırıla bilməyən ehtirasdan xəbər verirlər. Cəvahiratın da ehtirasla sıx bağlı olduğunu nəzərə alsaq, bu naxışların zərgər üçün cəlbedici olması təəccüb doğurmaz.