Kufi

Məhsul Kodu
KFK-2035
Kateqoriya
Üzüklər
1229

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Pirəbədil (Şirvan məktəbi) və Göllü-Çiçidə (Quba məktəbi) istifadə olunan haşiyə zolağı motivi əsasında yaradılıb.

Buna həmçinin Kufi haşiyəsi də deyirlər. Onun erkən formaları XIV əsr xalçalarında özünü büruzə edir. Bu xalçaların tərtibatı, şərq xəttatlığında klassik xətt sayılan, VIII-X əsrlərdə əlyazmalarda geniş istifadə olunmuş Kufi xətti əsasında qurulur.