Ləçək Turunc

Məhsul Kodu
LCT-2068
Kateqoriya
Üzüklər
4088

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu üzük Ləçək Turunc kompozisiyasının tərkibi olan palmetdən ilham alır. Ləçək Turunc iki əsas elementdən ibarətdir. Ləçək – yarpaq və sima/çöhrə mənasını daşıyır. Turunc (toranc, torenq) – meyvə adıdır.

Bu ətirli meyvə çox xoş hədiyyə sayılırdı. Hədiyyə alınmış turunclar mis sinidə, sanki manqal, şamdan kimi evdə, otağın mərkəzinə qoyulardı. Bəzən də turuncları mis sinidə, çilçıraq kimi tavandan asardılar (bu adət bizim günlərə qədər İranın şimalşərqində mövcuddur). Bəzi rəylərə görə, məhz bu adət xalçaların orta elementinin turunc adlandırılması ilə nəticələnib.