Ləçək Turunc

Məhsul Kodu
LCT-3052
Kateqoriya
Boyunbağılar
Çəki
~ 35.14 g
3650

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu kolye Ləçək Turunc kompozisiyasının tərkibi olan palmetdən ilham alır. Ləçək Turunc iki əsas elementdən ibarətdir. Ləçək – yarpaq və sima/çöhrə mənasını daşıyır.

Turunc (toranc, torenq) – meyvə adıdır. Bu ətirli meyvə çox xoş hədiyyə sayılırdı. Hədiyyə alınmış turunclar mis sinidə, sanki manqal, şamdan kimi evdə, otağın mərkəzinə qoyulardı. Bəzən də turuncları mis sinidə, çilçıraq kimi tavandan asardılar (bu adət bizim günlərə qədər İranın şimal-şərqində mövcuddur). Bəzi rəylərə görə, məhz bu adət xalçaların orta elementinin turunc adlandırılması ilə nəticələnib.