Muğan, Qarabağ

Məhsul Kodu
MGN-2002
Kateqoriya
Üzüklər
706

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Muğan xalçalarında rast gəlinən və xalçaçılar arasında köhnə naxış kimi tanınan qarmaqlı element əsasında yaradılıb.

Bu naxış, həqiqətən, çox qədimdir. Öz kökləri ilə uzaq keçmişə gedən bu elementlərə, həmçinin Orta Asiya və Anadolu xalçalarında da rast gəlmək olur. Gəncə və Lənkəranın ustad xalçaçıları bu elementin damğanı təmsil etdiyini iddia edirlər, kənarını əhatə edən 12 qarmağı isə 12 ilə bağlayırlar. Bir çox Şərq ənənələrində olduğu kimi, türk xalqları, o cümlədən azərbaycanlılar qədimdə 12 illik təqvimdən istifadə edirdilər. Köhnə naxışın ortasında adətən tamlığın və ya cənnətin rəmzi olan səkkizguşəli ulduz, yaxud dördbuynuz adlanan ornament yerləşir, bu da həyatın dörd əsas ünsürünə işarədir.