Qaraqoyunlu

Məhsul Kodu
GRG-3004
Kateqoriya
Kulonlar
2276
2374
2406
2485
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Anadoluda erkən Osmanlı dövründə toxunulduğu təxmin edilən Marbi xalçasından ilham almışdır.

Xalça 1925-ci ildə İsveç əyalətinin Jaemtlands kəndindəki tərk edilmiş Marbi kilsəsində iki hissəyə kəsilmiş halda tapılıb. Heyvan xalça qrupuna aid olan bu xalçada müəyyən bir ağac tərəfdən simmetrik duran, stilizə edilmiş quşlar təsvir edilir.

Quş və ağac motivləri uzun zaman tanınıb məşhurlaşmış, Mərkəzi Asiyada və Azərbaycanda çox geniş yayılmışdır. Digər yozmalara görə, kompozisiya üç yerə bölünür.

Burada şərti olaraq ortada insanların yaşadığı dünya, yuxarıda asiman, aşağıda isə yeraltı dünya (düzəx) təsvir olunur. Mərkəzdəki iki quş təbiətin əsas qüvvələri olan kişi və qadını təmsil edir