Qaraqoyunlu

Məhsul Kodu
QRQN-1017
Kateqoriya
Sırğalar
1671

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Anadoluda erkən Osmanlı dövründə toxunulduğu təxmin edilən Marbi xalçasından ilham almışdır.

Xalça 1925-ci ildə İsveç əyalətinin Jaemtlands kəndindəki tərk edilmiş Marbi kilsəsində iki hissəyə kəsilmiş halda tapılıb.

Heyvan xalça qrupuna aid olan bu xalçada müəyyən bir ağac tərəfdən simmetrik duran, stilizə edilmiş quşlar təsvir edilir. Quş və ağac motivləri uzun zaman tanınıb məşhurlaşmış, Mərkəzi Asiyada və Azərbaycanda çox geniş yayılmışdır.

Digər yozmalara görə, kompozisiya üç yerə bölünür. Burada şərti olaraq ortada insanların yaşadığı dünya, yuxarıda asiman, aşağıda isə yeraltı dünya (düzəx) təsvir olunur. Mərkəzdəki iki quş təbiətin əsas qüvvələri olan kişi və qadını təmsil edir.