Qoçbuynuzu

Məhsul Kodu
QCB-5008
Kateqoriya
Qol Düymələri
Çəki
~ 10,10 g
1150
260
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Resm təqdim olunmuş «Azərbaycan Xalçaları» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu qol düymələri Qarabağ xalçalarında geniş istifadə edilən doldurucu naxışlardan ilham alır.

Həmin naxış qoç buynuzlarını təsvir edir, eyni zamanda “yaranış rəmzi” adlanan qədim bir naxışı xatırladır. Qoç və qoyunlar Avrasiya köçəri xalqlarının həyatında olduqca önəmli rol oynayaraq, var-dövlət və bolluq mənasında istifadə edilib və kişi cinsinin rəmzi olub.