S naxışı

Məhsul Kodu
SEL-4018
Kateqoriya
Bilərziklər
1882

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model Findiğan xalçalarının haşiyə naxışlarından ilham alır.

İlk olaraq Findiğan kəndində toxunan bu xalçalar sonradan Bakının digər kəndlərində də istehsal olunmağa başladı. Findiğan xalçalarının bir yox, iki haşiyə zolağı olur. Burada çiçəkli naxışlar və “S” formalı elementlər istifadə olunur ki, bunlar suyun qıf içində axımını xatırladır və beləliklə, oturuşmuş, abad həyat tərzini ifadə edir. Digər yozmalara görə isə bu element məhsuldarlıq və əbədilik simvoludur. Findiğan xalçalarındakı əsas haşiyə zolağı çox qədim bir simvol daşıyıcısıdır: haşiyənin dörd kənarı aləmin dörd tərəfini təmsil edir.