S naxışı

Məhsul Kodu
SELM-2079
Kateqoriya
Üzüklər
1088

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu əşya Qarabağ xalçalarında geniş istifadə edilən S formalı naxışlardan ilham alır.

S və ya Z formalı elementlər adətən qəbilə ilmələrində doldurucu naxış və ya haşiyə naxışı kimi istifadə edilir.

Bəzi tədqiqatçılar S elementinin ilan və ya əjdaha rəmzi olduğunu və Çindən gəldiyini iddia edirlər. Digərləri isə S-formalı naxışın suyun qıf içində axımını xatırlatdığını və beləliklə, abad həyat tərzini ifadə etdiyini, və ya digər yozmalara görə, məhsuldarlıq və əbədilik simvolu olduğunu bildirirlər.