Şəbi-Hicran

Məhsul Kodu
SHB-2038
Kateqoriya
Üzüklər
2338

Metal - 14 K Qızıl

Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu model L.Kərimovun eskizləri əsasında toxunmuş "Şəbi-hicran" (1975) xalçasından ilhamlanır.

Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. O, "Şəbi-hicran" xalçasını yaradarkən Məhəmməd Füzulinin yaradıcılığından bəhrələnmişdi. Məhəmməd Füzuli orta əsr Azərbaycan şairi, mütəfəkkiri və filosofudur.