Simurq və Əjdaha

Məhsul Kodu
EJD-3005
Kateqoriya
Kulonlar
2235
2332
2365
2444
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Bu əşya öz adını hazırda Berlində nümayiş olunan “Simurqla əjdahanın döyüşü” adlı məşhur XV əsr Qazax xalçasından alır.

Türk xalqlarının sənət ənənəsində Simurq əzəmət və cah-cəlal, Əjdaha isə inam və güc rəmzidir. Bəzi yozmalara görə, əjdaha və simurq müvafiq olaraq od və yel ünsürlərini təmsil edirlər. Digərlər isə onların İpək Yolunda mədəni təsirlərinin nümunəsi kimi Çin imperatoru və onun xanımını əks etdirən təsvirlərin olmasını iddia edirlər.