Xoruz

Məhsul Kodu
XRZ-3051
Kateqoriya
Kulonlar
182
279
312
391
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Xalça Kolleksiyası

İlk Azərbaycan zərgərlik brendi olan Rəsm təqdim olunmuş «Xalça» adlı kolleksiyasında bu qədim xalq sənətimizdən ilham alaraq onun ornamentlərindən və naxışlarından zinət əşyalarının yaradılmasında istifadə edir.

Xoruz simvolu bir çox mədəniyyətlərdə müxtəlif məna kəsb edir.

İslamda sayılıb-seçilən simvollardan biri hesab olunur, xoruz insanları namaza çağırır. Digər mədəniyyətlərdə xoruz günəşin simvoludur, şöhrət və dirçəliş mənasında istifadə olunur. Xalçaçılıqda isə xoruz ornamenti “Murgi” adlanır və inanclara görə, bu naxış bəd nəzərdən qoruyur. Bundan əlavə, Şirvan xalçaçılıq məktəbinə aid olan "Ovçuluq" xalçalarında da xoruz elementinə tez-tez rast gəlmək olur.