Aypara

Məhsul Kodu
AYP-1127
Kateqoriya
Sırğalar
Daş
Çəki
~ 17,81 g
2050

Metal - 14 K Qızıl

İlhami Kolleksiyası

İlham ... istedadını reallaşdırmağın ən yüksək səviyyəsində olan insanın unikal vəziyyətidir. Bu sizin daxilinizdə olur, buna görə başqa bir şeylə qarışdırmaq mümkün deyil ...

Sırğa bəşəriyyətin qədim simvollarından biri hesab olunan Ayparadan ilhamlanmışdır. Günəşlə bərabər bu naxışa eramızdan əvvəl Akkad və Şumer təsvirlərində rast gəlinir.

Aypara və ulduz Cənubi Ərəbistanda İslama qədər işlənən sikkələrdə də istifadə olunmuşdur. İslamdan əvvəl aypara Sasanilər sülaləsinin rəmzi kimi tanınırdı.

XII əsrdən etibarən aypara və ulduz Türk xalqları və əsasən Osmanlı İmperiyası ilə bağlı olan tarixi simvoldur. Göytürk kimi tanınan Türk xalqlarının sikkələrinin üzərində aypara və ulduz rəmzlərini görmək mümkündür. Aypara və ulduz hazırda Azərbaycan bayrağının əsas rəmzləridir. Onlar qədim Azərbaycan zinət əşyalarında da geniş istifadə olunan naxışlardandır.