Xarıbülbül

Məhsul Kodu
XRB-1149
Kateqoriya
Sırğalar
Çəki
~ 16,8 g
2570

Metal - 14 K Qızıl

Xarıbülbül Kolleksiyası

Orxideya sevgi, gözəllik və ailə rifahının təcəssümü hesab edilir. Xarıbülbül çiçəyi isə Şuşa bölgəsinə aid nadir orxideya növü sayılır.

Xarı bülbül çiçəyi barədə bir çox gözəl rəvayətlər vardır - deyilənə görə, bu zərif çiçək yalnız Şuşada bitir ki, rəvayətlərdən biri də məhz bununla bağlıdır.

“İran şahının oğlu ilə evləndirilmiş Qarabağ xanının qızı Vətənindən ayrıldığından çox güclü həsrət hisləri ilə yaşayırmış. Şahzadə, sevdiyi xanımının həsrətini azaltmaq üçün sevgilisi üçün Vətən bağçasını saldı. Bu bağçada Qarabağda bitən ağac və çiçəklər əkilmişdir. Burada bütün bitkilər var imiş, xarı bülbül çiçəyindən başqa... çünki bu çiçəyi yad diyarda heç cür yaşatmaq mümkün olmadı.”