Xarıbülbül

Məhsul Kodu
XRB-1149
Kateqoriya
Sırğalar
2359

Metal - 14 K Qızıl

Xarıbülbül Kolleksiyası

Orxideya sevgi, gözəllik və ailə rifahının təcəssümü hesab edilir. Xarıbülbül çiçəyi isə Şuşa bölgəsinə aid nadir orxideya növü sayılır.

Xarıbülbül çiçəyi barədə bir çox gözəl rəvayətlər var - deyilənə görə, bu zərif çiçək yalnız Şuşada bitir ki, rəvayətlərdən biri də məhz bununla bağlıdır.

“İran şahının oğlu ilə evləndirilmiş Qarabağ xanının qızı Vətənindən ayrıldığından çox güclü həsrət hissləri ilə yaşayırmış. Şahzadə, sevdiyi xanımının həsrətini azaltmaq üçün sevgilisinə Vətən bağçasını saldı. Bu bağçada Qarabağda bitən ağac və çiçəklər əkilmişdir. Burada bütün bitkilər var imiş, lakin Xarıbülbül çiçəyindən başqa... çünki bu çiçəyi yad diyarda heç bir gün belə yaşatmaq mümkün olmamışdı.”