Xarıbülbül

Məhsul Kodu
XRB-6019
Kateqoriya
Sancaqlar
Çəki
~ 9,9 g
1090
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Xarıbülbül Kolleksiyası

Orxideya sevgi, gözəllik və ailə rifahının təcəssümü hesab edilir. Xarıbülbül çiçəyi isə Şuşa bölgəsinə aid nadir orxideya növü sayılır.

Xarıbülbül çiçəyi barədə bir çox gözəl rəvayətlər vardır - deyilənə görə, bu zərif çiçək yalnız Şuşada bitir ki, rəvayətlərdən biri də məhz bununla bağlıdır.

“İran şahının oğlu ilə evləndirilmiş Qarabağ xanının qızı Vətənindən ayrıldığından çox güclü həsrət hisləri ilə yaşayırmış. Şahzadə, sevdiyi xanımının həsrətini azaltmaq üçün sevgilisi üçün Vətən bağçasını saldı. Bu bağçada Qarabağda bitən ağac və çiçəklər əkilmişdir. Burada bütün bitkilər var imiş, xarıbülbül çiçəyindən başqa... çünki bu çiçəyi yad diyarda heç cür yaşatmaq mümkün olmadı.”