Laley-Abbasi

Məhsul Kodu
LAB-2030
Kateqoriya
Üzüklər
576

Metal - 14 K Qızıl

Laley-Abbasi Kolleksiyası

"Laley-Abbasi" kimi tanınan oriyental motivdən ilhamlanmış bu  zinət əşyaları öz sahiblərinə aristokratik sadəliyi ilə orijinal görünüş bəxş edir.

Komplekt Laley-Abbasi kimi tanınan ümumi haşiyə motivindən ilham almışdır.

Naxış Səfəvilər hökmdarı Şah Abbasın adı ilə adlandırılıb. Həmçinin mədahil və hakimiyyət adlanan bu motiv çox vaxt Fars və Talış xalçalarında rast gəlinir.

Bu naxış qarşılıqlıdır. Belə ki, motivin hər bir hissəsi eyni formalı olub bir-birinə tam uyğun və harmonikdir. Hissələrin hər biri ayrıca motiv və ya mövzu kimi təsvir edilə bilər.