Narın Ömrü

Məhsul Kodu
YİNRM-1021
Kateqoriya
Sırğalar
Rəng
Çəki
~ 12.1
1737
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Nar Kolleksiyası

Simvolizm ilə zəngin Şərqdəki bütün meyvələrin padşahına çoxsaylı mədəniyyətlərdə və dinlərdə rast gəlmək olar. Nar görkəmli xüsusiyyətləri ilə fərqlənir və əsrlər boyu əfsanəvi qüvvələrlə əlaqələndirilir.

Üzük narın gülündən ilhamlanıb. Nar bir çox mədəniyyətlərdə və əsas dinlərdə məşhur qədim simvollardan biridir.

Yəhudi dinində nar düzgünlük simvolu sayılır, beləki inanclara əsasən narın 613 dənəsi var ki, bu da Tövrətin 613 əmrinə uyğun gəlir. Yəhudi dinində nar bilik, müdrüklük və firavanlıq, Xristian aləmində nar dirilmə və əbədi həyat, Çin simvolizmində isə nar məhsuldarlıq rəmzi sayılır. Nar haqqında Quranda da bir neçə istinad var. İnanclara görə hər narın içində cənnət bağındakı nardan bir dənə var. Nar, həmçinin Asiya və Yaxın Şərq xalçalarında da təsvir olunur və firavanlıq mənası verir.