Damğa

Məhsul Kodu
DMG-9008
Kateqoriya
Kulonlar
Çəki
~ 10,05 g
730
810
850
930
200
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal -

Yalnız sep ilə
Qobustan Kolleksiyası

Belə bir bir fərziyyə var ki, qayaüstü təsvirlər vasitəsilə insanlar dünyagörüşləri  və özlərini  ifadə edərək qazandıqları həyat təcrübəsini sonrakı nəsillərə ötürürdü.

Bu əşya XV-XVIII əsrlərə aid, Yazılıtəpə, Cingirdağ dağlarında tapılmış damğa rəsmindən ilham almışdır.

Kolleksiya Qobustan Qayaüstü Landşaftındakı unikal qayaüstü rəsmlərdən ilham almışdır. Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı Azərbaycanın mərkəzi hissəsinin yarım-səhra ərazilərindən ucalan qaya daşlardan ibarət üç yayla sahəsini əhatə edir ki, burada qaya incəsənətinin 40000 il tarixi olmasını sübut edən 6000-dən artıq heyrətamiz qayaüstü təsvirlər kolleksiyası var.

Bu sahədə həmçinin üst paleolit dövründən orta əsrlərə qədər - sonuncu Buzlaşma Dövründən sonra gələn yağmurlu dövr ərzində bu ərazidə insanların sıx məskunlaşdığını əks etdirən yaşayış mağaralarının, insan məskənlərinin və kurqan qəbirlərin qalıqlarını görmək mümkündür. 537 hektar ərazini əhatə edən bu sahə daha geniş olan Qobustan Qoruğunun bir hissəsidir. Qobustan özünün qayaüstü rəsmlərinin keyfiyyəti və sıxlığına görə, qayaüstü incəsənət təsvirləri kolleksiyasının ov, fauna, flora və qədim dövrlərdəki həyat tərzlərini göstərən əhəmiyyətli dəlillərə görə və qədim və orta əsrlər dövrləri arasında sahənin əks etdirdiyi mədəni əlaqəyə görə mühüm bəşəri dəyərə