Ağstafa

Məhsul Kodu
AGT-5002
Kateqoriya
Qol Düymələri
Çəki
~ 13.64 g
1295
290
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Gəncə xalçaçılıq məktəbinə aid olan Ağstafa xalçalarının elementlərindən ilhamlanaraq hazırlanmışdır.

Xarici ədəbiyyatda bu xalçalar Gəncə və ya Qafqaz xalçaları kimi göstərilir, amma yerli tədqiqatçılar onları ilk dəfə belə xalçaların toxunduğu kəndin adına uyğun olaraq “Şadılı” adlandırır. Şadılı qəbiləsi, əsasən, heyvandarlıqla məşğul olmuş, buna görə də yun xalçaçılıq burada daha yaxşı inkişaf etmişdir. Ağstafa xalçalarının mürəkkəb kompozisiyalarında zoomorf elementləri də öz əksini tapmışdır. Buynuz və rəngarəng quşlar şəklində olan ornamentlərin simmetrik, güzgü əksi bu region xalçalarında tez-tez rast gəlinir.