Bakı

Məhsul Kodu
BAK-1001
Kateqoriya
Sırğalar
Çəki
~ 9.29 g
1490

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Bakının əsas girişində olan “Qoşa Qala” qapısı tağbəndinin üzərində qabarıq şəkildə həkk olunmuş, şəhərin rəmzi olan öküz başı və qarşı-qarşıya durmuş iki şir rəsmlərindən ilhamlanaraq hazırlanmışdır.

Öküz qədim şəhəri, şirlər isə gecə-gündüz qala divarların müdafiə olunmasını simvolizə edir.

Burada Bakıda toxunmuş xalçalarda rast gəlinən “Bakı butası” adlanan butalar da təsvir olunub. Buta, əsasən, dağlıq xalçalara xas olan ən geniş yayılmış şərq elementi sayılır. Buna baxmayaraq, bu elementin rəmzi mənası mübahisəli olaraq qalır. Bakı butası od və əbədilik simvolu kimi qəbul edilir.

Modelin digər versiyasında XII-XV əsrlərə aid olan “Şirvanşahlar Sarayı Kompleksi” İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu öz əksini tapmışdır.