Beyləqan

Məhsul Kodu
YIBLQ-1021
Kateqoriya
Sırğalar
647
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model XII – XIII əsrdə Beyləqandan tapılmış üstü yazılı saxsı qabların üzərindəki rəsmlərdən ilhamlanaraq hazırlanmışdır.

Beyləqanda və Qəbələdə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan bu qabların üzərində ərəb qrafikası ilə qısa mətnlər yazılmış, at, dəvə, ceyran, dovşan, turac və s. təsvirləri, həndəsi fiqurlar və bitki ornamentləri çəkilmişdir. Burada yaşıl rəngli səbət formalı şirli qab öz orijinallığı ilə seçilir. Qabların alt hissəsində müxtəlif usta, emalatxana və bəzən sənətkar sexlərinin möhürləri vurulmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan təsərrüfat küpünün ağız hissəsində ərəb dilində «Əlinin işidir» sözləri ilə bərabər, məscid elementləri də təsvir olunmuşdur. Beyləqanda tapılmış iki nəfis boşqab üzərində onları düzəldən iki sənətkarın - Bədəlin və Sədullanın adları həkk olunmuşdur.