Gədəbəy

Məhsul Kodu
YIGDB-1023
Kateqoriya
Sırğalar
647
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Gəncə xalçaçılıq məktəbinin Gədəbəy xalçalarının əsas elementlərindən ilhamlanaraq parlaq ulduzşəkilli medalyonu əks etdirir.

Gədəbəy Azərbaycan ərazisindəki qədim insan məskənlərindən biri sayılır. Burada e.ə. XII-VII əsrlərə aid mədəniyyət abidələri tapılmışdır. Əhalinin oturaq həyat tərzi xalça dekorlarında şifrələnmiş həndəsi ornamentlər şəklində öz əksini tapmışdır.