Quba

Məhsul Kodu
GBA-5018
Kateqoriya
Qol Düymələri
Çəki
~ 12.22 g
1295
290
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu modelin əsası Pirəbədil xalçasının motivlərindən götürülmüşdür.

Adını Quba rayonunun Pirəbədil kəndindən götürən bu kompozisiya Quba xalçaçılıq məktəbinin ən məşhur nümunələrindəndir. Quba xanlığının qədim paytaxtı hazırda Azərbaycanın ən gözəl şəhərlərindəndir, xalçaçılıq və sənətkarlıq mərkəzidir. Burada müxtəlif naxışlı kompozisiyalar, bir-birinə bənzəməyən müxtəlif növ xalçalar yaradılır.