Gəncə

Məhsul Kodu
GNC-5016
Kateqoriya
Qol Düymələri
Çəki
~ 14.28 g
1295
290
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Gəncə xalçalarından və şəhərin simvoluna çevrilmiş nəhəng çinar ağaclarının elementlərindən ilhamlanaraq hazırlanmışdır.

Gəncə şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların hazırlandığı məkan kimi tanınır. “Gəncə” adı ilə tanınan xalçalar ara sahəsi diaqonal xətlər əmələ gətirən və bu xətlər üzərində sıra ilə çevrilmiş butalardan ibarət olub. Və bu, yalnız Gəncə xalçasına məxsus tərzdir.

Bu şəhər həm də böyük şairlərin vətənidir – bir sözlə, ölkənin ədəbiyyat mərkəzidir, bu da öz əksini modelin üzərindəki təsvirdə tapıb.

Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir.