Qarabağ

Məhsul Kodu
GRB-5011
Kateqoriya
Qol Düymələri
Çəki
~ 12.14 g
2200
500
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan Malıbəyli xalçasının naxışlarından ilhamlanaraq hazırlanmışdır.

Malıbəyli xalçaları öz adını Şuşanın yaxınlığında yerləşən eyniadlı kənddən götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Bu modeldə əksini tapmış 5 formalı naxışların Uyğur-Çin incəsənətindən Azərbaycan xalq incəsənətinə daxil olması və asanlıqla qəbul edilməsinin səbəbi dini inanclar və əhalinin həyat tərzi ilə bağlıdır.