Lənkəran

Məhsul Kodu
LNK-3012
Kateqoriya
Kulonlar
Çəki
~ 2.13 g
310
410
455
550
115
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Azərbaycanın cənub regionundan ilhamlanaraq hazırlanmışdır və üzərində bu bölgəyə aid bir çox elementləri görmək mümkündür.

Onlardan biri talış xalçasının mərkəzi elementi kimi geniş istifadə edilən “xərçəng” ornamentidir. Yaşayış məskəni kimi Lənkəran adına hələ məşhur yunan tarixçisi Herodotun əsərlərində rast gəlmək olar. Lənkəran toponiminin bir neçə açılışı olsa da, o, fars dilindən “lövbər salınan yer” kimi tərcümə olunur. Doğrudan da, Lənkəran qədimdən Azərbaycan ərazisində yerləşən ən vacib ticarət limanı kimi tanınırdı. 1743-cü ildən başlayaraq, Lənkəran şəhəri Masallı, Lerik və digər ətraf ərazilərlə birlikdə Talış xanlığını formalaşdırmışdır.

Bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı bir çox qədim abidələr, o cümlədən, bu modeldə təsvir olunan, kişilik rəmzi sayılan qılınc aşkar edilmişdir. Əlverişli iqlim və məhsuldar torpaqlar Talış regionunu subtropik bitki və meyvə ixracatçısına çevirmişdir. Bu modeldə əks olunmuş limon və çay yarpaqları bunu simvolizə edir. Bundan başqa, Lənkəran ərazisindəki Hirkan qoruğunda nadir bitki olan dəmirağac bitir.