Mingəçevir

Məhsul Kodu
MNG-3018
Kateqoriya
Kulonlar
Çəki
~ 2.3 g
310
410
455
550
115
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Mingəçevirdə tapılmış VII əsrə aid qravüra işindən ilhamlanaraq hazırlanmışdır.

Burada üz-üzə dayanmış iki tovuzquşu və onları bir-birindən ayıran “müqəddəs” ağac rəsmi təsvir olunmuşdur. Mingəçevirin cavan şəhər olmasına baxmayaraq, onun yerləşdiyi ərazi qədim yaşayış məskənlərindən olmuşdur. Bir çox mənbələr burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olduğunu qeyd etmişdir. Eyni zamanda, bir çox tarixi faktlar Mingəçevirdən qədim İpək Yolunun da keçdiyini sübut edir.

Mingəçevir Azərbaycanın iri sənaye mərkəzlərindən biridir. Burada Qafqazın ən böyük su anbarı, Su Elektirk Stansiyalar silsiləsi və ölkənin istilik enerjisi ilə təmin edən Azərbaycan İstilik Elektrik Stansiyası yerləşir.