Naxçıvan

Məhsul Kodu
NXC-3009
Kateqoriya
Kulonlar
Çəki
~ 2,4 g
310
410
455
550
115
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu modelin əsası Naxçıvanda toxunan “Şəddə” xovsuz xalçalarından götürülmüşdür.

“Nuhun gəmisi” sığınacağı haqda əfsanəyə görə tanınan Naxçıvan qədimdən öz dekorativ və tətbiqi sənət sahələri ilə məşhurdur. Naxçıvan, Ordubad və Culfa kimi şəhərlər uzun əsrlər ərzində yun və ipəkdən hazırlanan xovlu və xovsuz xalçaların toxuculuq mərkəzləri olmuşdur.Bu ərazi Böyük İpək Yolu üzərindəki dayanacaqlardan biri olmuşdur, burada ucaldılmış qalalar isə quldur və soyğunçulardan qorunma məqsədilə inşa edilmişdir. Ticarət yollarının qovşağında yerləşməsi yerli əhalinin özünəməxsus fəaliyyət atributunun meydana gəlməsinə səbəb olmuşdur.

Bu, Naxçıvan xalçalarının xüsusi ornamentlərində də öz əksini tapmışdır.Həmçinin, burada arxeoloji qazıntılar nəticəsində tapılmış məişət əşyalarının üzərində əks edilmiş ornamentlər də öz əksini tapmışdır.Modelin digər versiyasında məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri hesab olunan “Mömünə xatun” türbəsinin naxışlarından da istifadə edilib.