Şəki

Məhsul Kodu
SHK-5004
Kateqoriya
Qol Düymələri
Çəki
~ 12.78 g
1295
290
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model şüşə sənətinin unikal növü olan Şəki şəbəkəsinin naxışları əsasında yaradılıb.

Azərbaycanın ən mənzərəli guşəsində yerləşən Şəkini Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab etmək olar. Arxeoloqların məlumatına görə, bu ərazidəki tapıntıların 2500 ildən çox yaşı var. Əzəmətli Şəki Xan sarayı isə qədim Şəkinin fəxridir. XVIII əsrdə tikilən bu saray mıx və yapışqan istifadə olunmadan, taxta hissəcikləri bir-birinə keçirib, arasına rəngli şüşələr qoymaqla - şəbəkə üsuluyla tikilib.

Şəki həmişə ustalar, sənətkarlar və ipək istehsalçıları şəhəri kimi tanınıb. Buraya Böyük İpək Yolu ölkələrinin hər yerindən tacirlər gəlmişdir. Buna görə də, karvansarayların inşasına xüsusi diqqət ayrılmışdır.