Salyan

Məhsul Kodu
SLY-5008
Kateqoriya
Qol Düymələri
Çəki
~ 13.91 g
1295
290
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model hazırlanarkən Salyan xalçasının əsas elementləri başlıca ilham mənbəyi olmuşdur.

Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan Salyan xalçası qədim və zəngin tarixə malikdir. Bu xalça növünün ən tipik cəhəti iki əfsanəvi quş və mərkəzdə medalyon təsviridir. “Quşlu” adı ilə tanınan mürəkkəb kompozisiyalı bu xalçaların əsas elementi iri səkkizguşəli medalyonlardır. İnanclara görə, quşlar gözəllikdən əlavə, günəşlə əlaqəni ifadə edən kosmoloji məna daşıyır.

Salyan şəhəri XIV əsrin əvvəllərində Kür çayının mənsəbində salınan şəhərdən yaranıb və hazırda Azərbaycanın balıqçılıq sənayesinin mərkəzi sayılır. Modelin üzərindəki iki balıq və Kür çayını simvolizə edən dalğalar buna işarədir.