Şəmkir

Məhsul Kodu
SMK-5007
Kateqoriya
Qol Düymələri
Çəki
~ 13.56 g
1295
290
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14 K Qızıl

Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model qazıntılar zamanı Şəmkir şəhərinin yaxınlığında tapılmış e.ə. XVI-XV əsrlərə aid gil qabların üzərindəki naxışlardan ilhamlanaraq hazırlanmışdır.

Eramızın V əsrindən məlum olan şəhər Arranın böyük ticarət və sənətkarlıq mərkəzi olub. O dəfələrlə dağıdılıb, adı dəyişdirilib və yalnız müstəqillik illərində şəhərə öz tarixi adı geri qaytarılıb. Şəmkirdə tapılmış sənətkarlıq nümunələri Azərbaycan ərazisində yaşayan qədim əhalinin mədəniyyəti, təsərrüfatı və dünyagörüşünü aydın şəkildə ehtiva edir.

Ehtimal edilir ki, bu tapıntılar xüsusi mərasim və ya dini ayinləri əks etdirir. Burada təsvir edilən maral buynuzu hakimiyyət rəmzi, svastika günəşin simvolu, təkər sonsuzluq rəmzi, spiralvari xətlər isə zamanın əbədiliyi və ölümsüzlük mənalarını verir.