Xızı

Məhsul Kodu
XIZ-3015
Kateqoriya
Kulonlar
Çəki
~ 2.47 g
310
410
455
550
115
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Azərbaycan xalçalarının Bakı qrupuna aid edilən məşhur Xızı xalçalarından ilhamlanaraq hazırlanmışdır.

Xızı Azərbaycanın zəngin tarixə malik olan bölgələrindən biridir. Xızının əhalisinin erkən-orta əsrlərdə Sasanilərin şimal sərhədlərini qorumaq üçün İranın Xuzistan əyalətindən buraya köçürüldüyü güman edilir. Ehtimal ki, toponim həmin əyalətin adı ilə bağlıdır.

Bu bölgə özünəməxsus flora və faunaya malikdir. Xızı xalçalarında tez-tez müraciət olunan zoomorf təsvirlər məhz bu gözəl təbiəti əks etdirir. Bundan əlavə, təqdim olunan modeldə əksini tapmış həyat ağacı ünsürlü element və digər həndəsi naxışlar bütövlükdə Xızı xalçasının abstrakt kompozisiyasından ilhamlanaraq hazırlanmışdır.