Zəngəzur

Məhsul Kodu
YIZNG-3008
Kateqoriya
Kulonlar
853
950
982
1062
159
Bu məhsul hal-hazırda anbarda yoxdur. Məhsulunun çatdırılması normaldan daha çox vaxt alacaq. Məhsulu hazırlanması üçün təxminən 30-40 gün tələb olunur.

Metal - 14K Qızıl

Yalnız sep ilə
Tarixin çarxları Kolleksiyası

Kolleksiya Azərbaycanın bölgələrinə həsr olunub. Kolleksiya Azərbaycanın bütün bölgələrinin mədəni zənginliyi və müxtəlifliyini əks etdirir və ölkənin hər küncünün gözəlliyini nümayiş etdirir.

Bu model Urud abidəsinin böyük hissəsini təşkil edən daş salnamələr üzərindəki qravürlərdən ilhamlanaraq hazırlanmışdır.

Urud abidələr kompleksi tarixi Azərbaycan-türk ərazisi Zəngəzur mahalının Qarakilsə rayonunda yerləşir. Kompleksə Urud qalası, Urud qəbristanlığındakı nadir məzar daşı nümunələri və digər tarixi abidələr daxildir. Bu nəfis bədii tərtibatlı abidələr Zəngəzur ərazisində yaşayan qədim insanların inanclarını əks etdirir.

Dik qayada yerləşə Urud qalası üç tərəfdən Bazarçay çayı ilə, bir tərəfdən isə qala divarları ilə əhatələnmişdir. Yerli əhalinin məlumatına görə, qaladan çaya gizli yeraltı yol aparır. Təəssüf ki, erməniləri Zəngəzur ərazisinə köçürülməsindən sonra Urud kompleksinin adı dəyişdirilmiş, qismən dağıdılmış, abidə üzərindəki qədim yazılar isə silinmiş və ya dəyişdirilmişdir.